2022-ci ilin yanvar-mart aylarında 125 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə 16 aprel tarixində Report polis mayoru Araz Əsgərliyə istinadən məlumat verib.
Məlumata əsasən, qəzalar nəticəsində 52 nəfər ölüb, 96 nəfər yaralanıb.
Qeyd olunub ki, Bakıda son 3 ay ərzində avtobuslarla 2 yol qəzası baş verib, ölən olmayıb, 2 nəfər xəsarət alıb.
Yük avtomobilləri ilə 5 hadisə olub, 5 nəfər ölüb, 3 nəfər yaralanıb. Mopedlərlə isə 5 hadisə olub. Nəticədə 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
“Ümumi baş vermiş yol-nəqliyyat hadisələrinin 25,6%-ində sürət həddinin payı var. Son 3 ay ərzində 89 piyada vurma hadisəsi baş verib, 38 nəfər ölüb, 59 nəfər yaralanıb”, - deyə DYP-nin nümayəndəsi bildirib.