“Sputnik Azərbaycan” media qurumunun fəaliyyətinin dayandırılması ilə bağlı aksiyalara başlanılıb. Sosial şəbəkə istifadəçiləri #getoutSputnikAZ həştəqi ilə paylaşımlar edirlər.
Paylaşımlarda qeyd edilir ki, “Sputnik”in Azərbaycan redaksiyası Rusiyanın təbliğatını aparır və ara-sıra erməni maraqlarını önə çəkir.
Qeyd edək ki, hazırda “Sputnik Azərbaycan” redaksiyasına Vitali Denisov rəhbərlik edir. Bundan əvvəl isə Rusiya kəşfiyyatının polkovniki Vitali Denisov Gürcüstanda separatçı bölgə sayılan Cənubi Osetiya redaksiyasının başçısı olub.
Vitali Denisovdan öncə “Sputnik Azərbaycan”ın rəhbəri vəzifəsini Əziz Əliyev icra edib. Haqqin.az-ın məlumatına görə, onun anası milliyyətcə ermənidir.
Nümayəndəliyi Bakının mərkəzində fəaliyyət göstərən Moskvadakı agentliyin baş redaktoru erməni əsilli jurnalist Marqarita Simonyandır.