Sumqayıtda “Azərişıq” ASC-nin satış sahəsinin nəzarətçi mühəndisi bıçaqlanıb. Bu barədə dekabrın 14-də Sumqayıt şəhər prokurorluğundan məlumat verilib.
Hadisə dekabrın 13-ü saat 18:00 radələrində 13-cü mikrorayon ev 36 ünvanında baş verib. Qurumun əməkdaşı Vaqif Bədəlov enerji xəttinə baxış keçirdiyi zaman abonent Mübariz Mahmudov tərəfindən kürək nahiyəsinə bıçaqla xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb. M.Mahmudov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Oxşar hadisə dekabrın 10-da Ağdamda qeydə alınmışdır. “Azərişıq” ASC-nin işçiləri abonentin evinə qonaq olan şəxs tərəfindən bıçaqlanmışdırlar.