Sumqayıt Kimya Sənaye Parkında yeni rezident qeydiyyata alınıb. Bu barədə mayın 4-də parkın rəsmi səhifəsində məlumat verilib.
“Çinar-Servis” şirkəti sıxılmış azot, oksigen, arqon və maye helium qaz məhsulları istehsal edəcək. Layihənin investisiya dəyəri 13 milyon manatdan çoxdur. Burada 70 nəfərin işlə təminatı planlaşdırılır.
İstehsal edilən məhsullar həm yerli bazarlarda satılacaq, həm də xaricə ixrac olunacaq.
Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkı 2012-ci ildə yaradılıb. Təşkilatın əsas məqsədi ölkədə istehsalın genişləndirilməsi, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılmasıdır. Hazırda Sənaye Parkının 28 rezidenti var.