Sumqayıt şəhərində narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb. Bu barədə Report-a mayın 5-də DİN-dən bildirilib.
Tural Hüseynov şəhər ərazisində avtomobillə ardıcıl olaraq kobud qayda pozuntuları etdiyi üçün yol polisi ona saxla işarəsi verib. Amma sürücü onlardan qaçmağa çalışıb.
Sürücü saxlandıqdan sonra tibbi müayinəyə cəlb edilib və onun narkotik vasitələrin təsiri altında olduğu müəyyən edilib.
T. Hüseynov məhkəmənin qərarı ilə sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 gün inzibati qaydada həbs edilib.