Sumqayıt şəhərinin, Binəqədi və Abşeron rayonlarının sərhədləri müəyyənləşdiriləcək. Bu barədə 30 sentyabr tarixində Report məlumat verib.
“Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Layihəyə oktyabrın 3-də parlamentin Regional məsələlər komitəsinin iclasında baxılacaq.