Sumqayıtda ana və azyazşlı övladı qidadan zəhərləniblər. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 5 avqust tarixində xəbər verir.
Hadisə "Ceyranbatan bağları" adlanan ərazidə yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.
Sumqayıt şəhər sakinləri – 1997-ci il təvəllüdlü Mərdanova Aişə Adil qızı və övladı, 2022-ci il təvəllüdlü Mərdanov Əli Səxavət oğlu yaşadıqları evdə yedikləri qidadan zəhərləniblər.
Onlar dərhal xəstəxanaya çatdırılıblar.
Ana və övladının ət məhsulundan zəhərləndikləri ehtimal olunur.