Sumqayıtda avtobus sürücüsünə hücum edən şəxs saxlanılıb. Bu haqda 4 may tarixində Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, həmin anı əks etdirən videogörüntülər sosial şəbəkələrdə yayılıb. Sürücünün şikayəti qeydə alınıb və xəsarətlərinin müəyyən edilməsi üçün ekspertiza təyin edilib.
Nəticədə bu əməli törətməkdə şübhəli bilinən Aftandil Novruzov tutularaq istintaq orqanlarına təhvil verilib.
Faktla bağlı “xuliqanlıq” maddəsilə cinayət işi başlanılıb.