Sumqayıtda zavodda qaz balonu partlayıb, bir nəfər ölüb. Bu barədə 5 may tarixində Report məlumat verib.
Məlumata əsasən, hadisə mayın 4-ü baş verib. Belə ki, metaləritmə zavodunda qaynaqçı işləyən 1990-cı il təvəllüdlü şəxs iş yerində xəsarət alıb və aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.