Suqovuşanda mayın 6-da su şousu nümayiş etdirilib. Bu barədə Baku.tv video paylaşıb.
Tərtərin Suqovuşan qəsəbəsində beynəlxalq kanoe və avarçəkmə yarışı olan “Prezident Kuboku - 2022”dən öncə su şousu baş tutub.
Suqovuşan su anbarı üzərində iştirakçı ölkələr - Azərbaycan, Türkiyə, Gürcüstan, Özbəkistan və Moldovanın bayraqları motorlu qayıqlar vasitəsilə nümayiş etdirilib.
Qeyd edək ki, bu, işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın təşkilatçılığı ilə keçirilən ilk beynəlxalq yarışdır.