Şuşada bu ilin sonunda butik hotel tikiləcək. Bunu Azərbaycan Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov Bakıda keçirilən 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.
Bu barədə 30 sentyabr tarixində APA məlumat verib.
Aydın Kərimov qeyd edib ki, bu hotel xarici investorların ayırdığı maliyyə ilə tikiləcək.