Şuşa şəhərində ilk yaşayış kompleksinin inşası bu ilin sonunda yekunlaşacaq. Bunu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Bakıda keçirilən 2-ci Milli Şəhərsalma Forumunda bildirib.
Bu barədə 30 sentyabr tarixində Report məlumat verib.
"Bundan sonra qısa müddətdə biz ilk olaraq, 400-ə yaxın ailənin Şuşaya köçürülməsini təmin edəcəyik. Amma gələn il daha 17 binadan ibarət yaşayış kompleksinin inşasına başlanılacaq. Prosesin qısa müddətdə yekunlaşmasına çalışacağıq", - deyə o qeyd edib.
"10 binadan ibarət mərkəzi küçə gələn ilin may-iyun aylarında istifadəyə veriləcək" - deyə A.Kərimov əlavə edib.