Ölkədə növbəti həftələrdə tədrisin onlayn formada keçirilməsinə ehtiyac olmayacaq. Distan təhsilə keçən məktəblərin əksəriyyəti artıq ənənəvi tədrisə geri qayıdıb. Bunu dekabrın 2-də təhsil naziri Emin Əmrullayev açıqlayıb.
O qeyd edib ki, son həftələrdə müəyyən qədər yoluxmalarda sabitlik yaranıb: “Amma pandemiya hələ davam edir. Təhsil işçilərinin 90%-dən çoxunun vaksinasiya olunması ilə təhsilin davamlılığını saxlaya bilirik”.
Azərbaycanda tədris ili başlayandan bugünədək 62 məktəb distant təhsilə keçib. Onlardan təxminən 10-a yaxını hələ də distant təhsildədir.