top
Təhsil tələbə kreditini kimlər ala biləcək?
25 noyabr 2021, 03:35
- ↺ +

Təhsil tələbə kreditini kimlər ala biləcək?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gündən ölkədə təhsil tələbə krediti (TTK) sistemi açıq elan edilir. Bu haqda təhsil nazirinin müavini İdris İsayev noyabrın 25-də keçirilən brifinqdə məlumat verib. Həmçinin TTK-dan kimlərin yararlanacağı açıqlanıb.

TTK-nı almaq üçün tələbə əyani formada oxumalıdır və onun akademik borcu olmamalıdır. Kredit sistemi yalnız Azərbaycan vətəndaşlarına verilir.

İlk semestrdə TTK-nı qəbul imtahanında bakalavriat səviyyəsi üçün 300-700 bal, magistratura səviyyəsi üçün 50-100 bal, subbakalavriat səviyyəsi üçün 110-300 bal toplayanlar ala bilərlər.

Nazirliyin rəsmisi kreditin faizlərindən də bəhs edib: “Bu faizlər sosial təhsil tələbə krediti üzrə illik 2%, standart təhsil tələbə krediti üzrə isə 6% təşkil edir”. O qeyd edib ki, TTK uzunmüddətlidir, təhsil müddətində tələbədən geri tələb edilmir və faiz hesablanmır.

Təhsil dövründən sonra iki illik möhlət verilir ki, həmin tələbə əmək bazarına keçid etsin. Aşağıdakı hallarda kredit müqaviləsinin müddəti uzadılır:


  1. yuxarı təhsil səviyyəsində əyani təhsil;

  2. həqiqi hərbi xidmət;

  3. məhkumluq (4 ildən çox olmayaraq azadlıqdan məhrum etmə və ya azadlığın məhdudlaşdırılması);

  4. işləyən borcalanın hamiləliyə, doğuma görə və uşağın 3 yaşı tamam olana qədər ona qulluq etməkdən ötrü ödənişli sosial məzuniyyətdə olduğu müddət;

  5. sağlamlıq imkanı məhdud 18 yaşadək uşaqlara və birinci dərəcəli əlilliyi olan şəxslərə qulluqda olan müddət.


Qeyd edək ki, tələbələr bu gündən kredit almaq üçün elektron informasiya sisteminə müraciət edə bilərlər.

Azərbaycanda 146 min 373 tələbə ödənişli əsasla təhsil alır. Onlardan krediti almaq hüququ olanların sayı 56 208 təşkil edir.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 09:17

Azərbaycan Premyer Liqasında bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq

Cəmiyyət
Bu gün, 08:59

SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb

Cəmiyyət
Bu gün, 00:05

Füzulinin işğaldan azad olunmasından 6 il ötür

Cəmiyyət
Bu gün, 00:03

Gəncənin 5-ci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 17 oktyabr

Cəmiyyət
Dünən, 21:50

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

Cəmiyyət
Dünən, 17:49

Peşə məktəblərində yeni kurikulumlar gələn tədris ilindən tətbiq ediləcək

Cəmiyyət
Dünən, 17:04

Azərbaycana kütləvi kiberhücumun yeni detalları üzə çıxdı: Ödənişli xidmətdən istifadə olunub

Cəmiyyət
Dünən, 16:59

Bakıda bu rayonda 30 bina SÖKÜLƏCƏK - KÜÇƏLƏRİN ADLARI

Cəmiyyət
Dünən, 16:52

Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum öldü

Cəmiyyət
Dünən, 15:13

Azərbaycanda hakimiyyəti zorla ələ keçirilməsinə çağırış edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib

Cəmiyyət
Dünən, 14:59

Atanın oğluna gətirdiyi "sovqat"da narkotik aşkarlandı

Cəmiyyət
Dünən, 14:43

Bakının Gəncə prospektində təhlükəli vəziyyət: itlər insanlara hücum edir - VİDEO

Cəmiyyət
Dünən, 14:30

"Ad günü"ndən 48 il sonra... - FOTO

Cəmiyyət
Dünən, 13:50

"20 Yanvar" və "Şamaxinka" ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır

Cəmiyyət
Dünən, 12:59

Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Cəmiyyət
Dünən, 12:56

Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib

Cəmiyyət
Dünən, 12:52

Sabah Azərbaycanda 31 dərəcə isti olacaq

Cəmiyyət
Dünən, 12:50

Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Cəmiyyət
Dünən, 12:42

Azərbaycan sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Cəmiyyət
Dünən, 12:31

Dövlət qulluqçularının fəaliyyətini davam etdirməsi üçün imtahan vermələri tələb olunmayacaq

Cəmiyyət
Dünən, 12:20

Dövlət qulluğunda Dövlət Proqramı ilə xaricdə təhsil alanlarla bağlı yenilik açıqlanıb

Cəmiyyət
Dünən, 12:10

Hərbçilərin əməkhaqları artırılır

Cəmiyyət
Dünən, 11:30

Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib

Oxşar xəbərlər