Vətən Müharibəsindən sonra Tərtər və Ağdam rayonlarında əkinə yararlı torpaq sahələri artıb. Bu barədə 25 dekabr tarixində APA-nın Qarabağ bürosu xəbər verib.
Məlumata görə, Tərtərdə 2 500 hektardan çox, Ağdamda isə 150 hektardan şox sahə artıb. Əkinə yararlı torpaq sahələrinin artmasına qoşunların təmas xəttinin ləğv edilməsi səbəb olub. Həmin ərazilərdə artıq əkin işləri aparılıb.