Azərbaycanda maska qadağasının ləğvi gözlənilir. Bu haqda aprelin 21-də APA xəbər verib.
Məlumata görə, TƏBİB məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha təkliflər təqdim edib.
Lakin nəticələr hələlik bildirilməyib.
Ölkədə açıq havada maska taxmaq qadağası 2021-ci ilin 31 may tarixində aradan götürülüb. Qapalı məkanlarda maska qadağası isə hələ də davam edir.