Təhsil naziri Emin Əmrullayev mayın 13-də Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzəndən olan sakinləri qəbul edəcək. Bu haqda məlumat nazirliyin saytında yerləşdirilib.
Qəbul Qubada keçiriləcək. İştirak etmək istəyənlər 10 mayadək 146-6 nömrəli telefona zəng və rəsmi “Whatsapp” xidmətinə (0512067848) müraciət edə bilərlər. Həmçinin linkə daxil olaraq qəbula yazılmaq mümkündür.