Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov vəzifəsindən azad olunub. Bununla bağlı muxtar respublika Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Sərəncam imzalayıb.
Bu barədə 12 sentyabr tarixində Report xəbər verib.
Digər sərəncamla Naxçıvan təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra etmək nazir müavini Ovni Muradova həvalə olunub.
Həmçinin Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Baba Əliyev də işdən çıxarılıb.
Bununla bağlı müvafiq sərəncam imzalanıb.