Gəncədə tanışını qətlə yetirən şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib. Bu haqda aprelin 20-də APA məlumat yayıb.
Hadisə 2020-ci il noyabrın 8-də Samux-Gəncə avtomobil yolunun kənarında baş verib. Hökm oxunan şəxs bildirib ki, tanışına narkotik satdığı üçün irad bildirib və nəticədə aralarında mübahisə düşdüyü üçün sonuncunu öldürüb.