Tətil günlərində Azərbaycanda 7 nəfər yol qəzalarında həlak olub. Bu barədə mayın 4-də Daxili İşlər Nazirliyindən Report-a məlumat verilib.
Bildirilib ki, aprelin 30-dan mayın 4-dək respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 7 nəfər ölüb, 1 nəfər xəsarət alıb.