Taxtakörpü ərazisində qanunsuz ov edən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar. Bu haqda dekabrın 15-də Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Saxlanılan Laçın və Sabirabad rayon sakinlərindən üç ov tüfəngi, patronlar və ovladıqları çöl quşu aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.