Bugün, dekabrın 24-də terrorçuluqda təqsirləndirilən iki Ermənistan vətəndaşı – Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin məhkəməsi davam edir. Bu haqda Report məlumat yayıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə prokuror ittiham aktını elan edir.
Qeyd edək ki, sözügedən şəxslər “terrorçuluq”, “qanunsuz silah əldə etmə” və “təxribat törətmə” maddələri ilə ittiham edilir.