Aprelin 10-dan tikinti bazarlarında qiymətlərin stabilləşməsi müşahidə edilir. Bu sözləri əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Trendə açıqlamasında söyləyib.
“Taxta və bəzi malların qiymətində azalma olmasa da, qiymətlər sabit qalıb. Qiymətlərin stabilləşməsinin əsas səbəbi tələbin qismən aşağı düşməsiylə bağlıdır”, - deyə ekspert bildirib.
Daha öncə, Ukrayna-Rusiya arasında baş verən müharibəyə görə yerli tikinti materialları bazarında qiymət artımı olmuşdur. Sözügedən ölkələr Azərbaycanın tikinti materiallarının əsas idxalçısıdır.