Avtobusu idarə edən zaman "TikTok"da canlı yayım açan sürücü işdən azad edilib. Bu barədə İnsanoid Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən bu gün, 10 sentyabr tarixində xəbər verir.
Sosial şəbəkələrdə sərnişin avtobusu sürücüsünün nəqliyyat vasitəsini idarə etdiyi zaman "TikTok" platformasında canlı yayım açmasına dair görüntülər yayılıb. Məsələni araşdıran Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi onun barəsində qərar verib.
Sərnişinlərin həyatını təhlükəyə ataraq kobud qayda pozuntusuna yol verən sürücü daşıyıcı tərəfindən işdən azad edilib.
View this post on Instagram