top
TikTokda yazılan şərhə görə adam bıçaqlayan şəxs: Məni məktəbin həyətinə görüşə çağırdı...
01 avqust 2024, 01:50
- ↺ +

"TikTok"da yazılan şərhə görə adam bıçaqlayan şəxs: "Məni məktəbin həyətinə görüşə çağırdı..."

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Əmrah Əmrahovun cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.

Bu barədə İnsanoid Pravda.az-a istinadən bu gün, 1 avqust tarixində xəbər verir.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunmuş ittiham üzrə Əmrah Əmrahov özünü qismən təqsirli bilib.

O, ifadəsində qeyd edib ki, işdə olduğu zaman "TikTok" sosial şəbəkəsində yazılan şərhə cavab verib:

"Bununla bağlı zərərçəkmiş Ömər Bəbirov məni görüşə çağırdı. Onun dediyi yerə getdim. 261 nömrəli tam orta məktəbin həyətində görüşdük. Bu zaman Ömər üzərimə gəldi. Buna görə də qorxaraq, onu bıçaqla vurdum. Əməlimdən çox peşmanam. Hadisədən sonra zərərçəkmişlə barışmışam, ona vurulmuş ziyanı ödəmişəm və bu səbəbdən də Ömərin mənə qarşı heç bir şikayət və tələbi yoxdur".

Verilmiş suallara cavab olaraq, təqsirləndirilən şəxs vurğulayıb ki, "TikTok"da zərərçəkmiş "sən burada olmamısan" şərhini yazıb:

"Mən də Ömərə cavab olaraq yazdım ki, "bəs sən necə, burada olmusan?" Bundan sonra zərərçəkmiş şəxs məni görüşə çağırdı. Görüşməyi və görüş yerini Ömər özü mənə təklif etdi. Görüş zamanı zərərçəkmiş şəxs mənim üzərimə gəldi. Bu zaman əlimi gödəkçəmin cibinə atdım. Düşündüm ki, Ömər bıçaq çıxarıb məni vuracaq. Bundan ehtiyat edərək zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirdim. Hadisə yerində məndən və Ömərdən başqa heç kəs yox idi. Hadisədən bir gün sonra özüm polis bölməsinə gedərək təslim oldum".

Qeyd edək ki, hadisə ötən ilin dekabrında paytaxtın Xətai rayonunda qeydə alınıb. Belə ki, Əmrah Əmrahov "TikTok" sosial şəbəkəsində tanımadığı Ömər Bəbirovun tanışının videosunun altından rəy yazıb. Tərəflər məhz buna görə yaranan mübahisəyə aydınlıq gətirmək üçün görüş təyin edirlər. Onlar Xətai rayonu ərazisində yerləşən məktəblərin birinin həyətində görüşərək, mübahisələrini davam etdiriblər. Bu məqamda Əmrah Əmrahov başı ilə Ömər Bəbirovun sifət nahiyəsindən zərbə vurub, ardınca isə üzərində gəzdirdiyi bıçaqla döş qəfəsindən bir dəfə vuraraq, onun sağlamlığına ağır zərər yetirib. Əmrah Əmrahova qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə) maddəsi ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Əmrahov 6 il müddətinə azadlıqdan məhrum edilərək, məhkəmə zalında həbs olunub.

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 14:24

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Cəmiyyət
Bu gün, 14:03

Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir

Cəmiyyət
Bu gün, 13:26

Dövlət qulluğu imtahanlarının vaxtı və qaydaları açıqlanıb

Cəmiyyət
Bu gün, 13:07

Vaqif Mustafazadənin qızı Paris Operasından ekranlara - FOTO

Cəmiyyət
Bu gün, 12:56

Sabah Bakıda hava yağmursuz olacaq

Cəmiyyət
Bu gün, 12:45

Elmi dərəcəli hərbçilər üçün leytenant rütbəsində olma müddətinin azaldılması qəbul edilib

Cəmiyyət
Bu gün, 12:30

DİN KMBİ Ukrayna polisi ilə birgə genişmiqyaslı əməliyyat keçirib - VİDEO

Cəmiyyət
Bu gün, 12:24

Şəmkirdə 13 il əvvəl törədilmiş qətl hadisəsinin üstü açılıb

Cəmiyyət
Bu gün, 12:19

Kiyev yaxınlığında münaqişə: Petropavlovskaya Borşaqovkada nə baş verib?

Cəmiyyət
Bu gün, 12:17

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Cəmiyyət
Bu gün, 12:00

Özəl təyyarələrlə uçuş nə dərəcədə təhlükəsizdir?- SON iki günün ən çox müzakirə olunan mövzusu

Siyasət
Bu gün, 11:38

Prezident İlham Əliyev Panama Prezidentini milli bayram münasibətilə təbrik edib

Cəmiyyət
Bu gün, 11:29

Azərbaycan Prezidenti İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Cəmiyyət
Bu gün, 11:21

Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Cəmiyyət
Bu gün, 11:05

Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi həbs olunub

Cəmiyyət
Bu gün, 09:48

Nepalda iki turist helikopteri havada toqquşaraq yerə çırpılıb: bir nəfər ölüb - VİDEO

Cəmiyyət
Bu gün, 09:45

Bakının dörd rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Cəmiyyət
Bu gün, 09:31

15 yaşlı qızı aldadıb təcavüz etdi - Video çəkib hədələdi

Cəmiyyət
Dünən, 15:57

Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib

Cəmiyyət
Dünən, 15:56

Ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

Cəmiyyət
Dünən, 15:52

Oktyabrda 24 aptekdə nöqsan aşkarlanıb

Cəmiyyət
Dünən, 15:51

Azərbaycandan Gürcüstana qanunsuz dizel və qəlyan tütünü keçirilməsinin qarşısı alınıb

Cəmiyyət
Dünən, 15:42

Bakıda təhsil işçiləri metro və avtobusa 1 qəpik ödəyəcəklər

Cəmiyyət
Dünən, 15:38

Vüqar Bayramov: "Kredit götürən şəxs işsiz qalmaq riskindən sığortalanacaq"

Oxşar xəbərlər