Tunisin Qabes şəhərinin limanı yaxınlığında ticarət gəmisi batıb. Bu barədə aprelin 16-da “RİA Novosti” “Mosaique FM” radiostansiyasına istinadən məlumat yayıb.
Gəminin Azərbaycan və Türkiyə vətəndaşları olan yeddi ekipaj üzvünün hamısı xilas edilib. Qabes xəstəxanasına çatdırılan zərərçəkənlərin vəziyyəti stabildir.
Bildirilib ki, Ekvatorial Qvineyadan hərəkət edən gəmi su sızması səbəbindən batmağa başlayıb, daha sonra ekipaj üzvləri siqnal məşəlləri atıblar və bu, sahil mühafizəsinin diqqətini çəkib.