2021-ci il Azərbaycanın turizm sektoru üçün uğurlu olub. Bunu Report 27 dekabrda "Azərbaycan Turizm Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Əhməd Qurbanova istinadən məlumat verib.
Onun sözlərinə görə, turizm obyektləri həm xarici, həm də yerli vətəndaşları qəbul edib: “Regionlardakı hotellər həftə sonları tam dolu, həftə içi isə qismən dolu olurdu”.
Əhməd Qurbanov bildirib ki, 2022-ci ildə əlavə ölkələrlə hava və quru sərhədlərin açılması ölkə turizmi üçün əlverişli olacaq. Həmçinin xarici turistlər Qarabağa gələ biləcəklər.
Gələn il turizm şirkətlərinin və hotellərin reyestrinin yaradılması nəzərdə tutulur. Bu isə həmin obyektlərin daha şəffaf işləməsinə səbəb olacaq.