Bu gün, mayın 5-də Türkiyənin paytaxtı Ankarada istiqlal şairi Əhməd Cavadın 130 illik yubileyi qeyd olunacaq. Bu haqda Report məlumat yayıb.
Tədbir Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə həyata keçiriləcək. Mərasimdə Milli Məclisin deputatı Əziz Ələkbərovun da iştirak edəcəyi bildirilib.