2023-cü ildə Şuşa Türk dünyasının paytaxtı elan olunacaq. Bu haqda noyabrın 24-də mədəniyyət naziri Anar Kərimov "Mədəniyyətin dirçəlişi" konfransında çıxışı zamanı deyib.
Qeyd edək ki, sentyabrın 17-də nazir Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı namizədliyinə təqdim edildiyi haqda öz “Twitter” hesabında paylaşım etmişdir.