ISESCO-nun regional ofisinin Şuşada fəaliyyət göstərməsi nəzərdə tutulur. Bunu mədəniyyət naziri Anar Kərimov dekabrın 2-də jurnalistlərə açıqlamasında deyib.
"Regional ofisin açılması ilə bağlı son dövlətdaxili prosedurlar yekunlaşmaq mərhələsindədir. Artıq regional ofisin Azərbaycanda yerləşdirilməsi üçün layihə İSESCO tərəfinə göndərilib. Razılaşdırılandan sonra onun rəsmi imzalanması olacaq”, - deyə nazir bildirib.
Şuşada hazırda yenidənqurma işləri həyata keçirilir. Buna görə də ISESCO-nun regional ofisi açılana qədər müvəqqəti olaraq Bakıda öz işini görəcək.