"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. Bu barədə oktyabrın 14-də İnsanoid xəbər verir.
Tofiq Bəhramov adına Respublika stadionunda Yunanıstanın “Olimpiakos” klubuna qarşı keçirilən oyun qolsuz heç-heçə ilə başa çatıb.
Xallarının sayını 7-yə yüksəldən “Qarabağ” UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinə vəsiqəni təmin edib. Komandanın növbəti matçı oktyabrın 27-də baş tutacaq. Ağdam klubu səfərdə Fransanın “Nant”ı ilə qarşılaşacaq.