top
Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı keçiriləcək
06 sentyabr 2023, 00:58
- ↺ +

Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sentyabrın 18-dən 28-dək Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Bu barədə 6 sentyabr tarixində Report məlumat verib.

Festival çərçivəsində Bakı, Gəncə, Şəmkir və Şuşada açıq havada və müxtəlif məkanlarda konsertlər, tamaşalar, sərgilər, elmi konfrans, ustad dərsləri və digər tədbirlər nəzərdə tutulur.

2009-cu ildən etibarən keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının Milli Musiqi Gününə təsadüf edən ilk günündə - sentyabrın 18-də Şuşa şəhərində açıq havada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında “Leyli və Məcnun” operası nümayiş olunacaq. Eləcə də Bakıda Fəvvarələr Meydanında Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri bayram konserti təqdim edəcək. Həmin gün axşam isə Heydər Əliyev Sarayında Xalq artisti Arif Məlikovun dünyanın bir sıra teatrlarının repertuarını bəzəyən “Məhəbbət əfsanəsi” baleti nümayiş olunacaq.

Azərbaycan Dövlət Uşaq Filarmoniyası və Bakı şəhərində fəaliyyət göstərən uşaq musiqi məktəblərinin şagirdlərindən ibarət 200 nəfərlik birləşmiş Xalq Çalğı Alətləri Orkestri Heydər Əliyev Mərkəzinin parkında çıxış edəcək, gənc istedadların iştirakı ilə bədii proqramlar təşkil olunacaq. Festival günlərində Bakı şəhərindəki iri ticarət mərkəzlərində xüsusi ayrılmış yerlərdə məşhur müğənnilərin ifasında Üzeyir Hacıbəylinin vokal əsərləri karaoke formatında səslənəcək və arzu edən hər kəs bu karaokeyə qoşula biləcək.

ABŞ, Fransa, Gürcüstan, Xorvatiya, Rusiya, Sinqapur və digər ölkələrdən tanınmış musiqiçi və kollektivlərin də iştirak etdiyi festival günlərində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Milli İncəsənət Muzeyi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera Studiyası və digər məkanlarda müxtəlif proqramlar təqdim olunacaq.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 12:27

Sabahın hava proqnozu AÇIQLANIB

Xarici xəbərlər
Bu gün, 12:26

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür edib

Yerli xəbərlər
Bu gün, 12:17

Azərbaycanda 16 ailə yaxınlarının ölümlərindən sonra orqanlarının bağışlanmasına razılıq verib

Yerli xəbərlər
Bu gün, 11:40

Bayram günlərində hərbi qulluqçuların yürüşləri və hərbi orkestrlərin nümunəvi çıxışları təşkil ediləcək

Yerli xəbərlər
Bu gün, 11:34

Səhiyyə Nazirliyi mövsümi xəstəliklərlə bağlı əhaliyə çağırış edib

Yerli xəbərlər
Bu gün, 11:08

DYP bayramla əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Yerli xəbərlər
Bu gün, 11:03

Metronun bu stansiyası yenidən qurulacaq

Yerli xəbərlər
Bu gün, 10:45

Sosial şəbəkədə böhtan və təhqirlə bağlı məhkəməyə müraciət qaydası açıqlanıb

Yerli xəbərlər
Bu gün, 10:24

Tanınmış xanəndənin həyat yoldaşı həbs edilib

Yerli xəbərlər
Bu gün, 09:40

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

Yerli xəbərlər
Bu gün, 09:19

Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib

Yerli xəbərlər
Bu gün, 09:13

7–10 noyabrda nə işləyəcək? Banklar, ASAN xidmət və bayram tədbirləri

Xarici xəbərlər
Bu gün, 09:12

ABŞ-də son 16 ilin rekordu: Bir gündə üç ştatda edam hökmü icra olundu

Yerli xəbərlər
Bu gün, 00:01

Qəhrəmanlıq tarixi: Vətən müharibəsinin 41-ci gününə baxış

Xarici xəbərlər
Dünən, 22:47

6–7 noyabrda maqnit qasırğası gözlənilir: NOAA-dan yeni proqnoz

Yerli xəbərlər
Dünən, 17:13

Məryəm Üzərlidən Bakı paylaşımı: "Sizi sevirəm!" - FOTO

Yerli xəbərlər
Dünən, 16:13

Azərbaycanda kirayə gəlirlərinin vergiyə cəlb edilməsində yeni qaydalar tətbiq ediləcək

Yerli xəbərlər
Dünən, 16:00

Prezident İlham Əliyev brazilyalı həmkarını təbrik edib

Yerli xəbərlər
Dünən, 15:56

Zəngilan Aqroparkı yaradılıb - FƏRMAN

Yerli xəbərlər
Dünən, 15:52

Prezident bir qrup media nümayəndəsini təltif edib - Siyahı

Yerli xəbərlər
Dünən, 15:29

Prezident "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"ni təsdiqləyib

Yerli xəbərlər
Dünən, 14:07

Məzuniyyətin minimum müddətinin kompensasiyası qadağan edilir

Yerli xəbərlər
Dünən, 13:32

Sabah yağış yağacaq - Proqnoz

Yerli xəbərlər
Dünən, 13:20

Ərdoğan: "8 Noyabrda Azərbaycana səfər etməyi düşünürəm"

Oxşar xəbərlər