Dekabrın 17-dən 24-dək Bakıda keçiriləcək Vüqar Həşimov memorialının bütün iştirakçıları məlum olub. Bu barədə 2 dekabr tarixində turnirin direktoru Anar Allahverdiyev məlumat verib.
Memorialda Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vüqar Əsədli, Fabiano Karuana, Sergey Karyakin, Riçard Rapport, Vişvanatan Anand və David Navara qalib adı uğrunda mübarizə aparacaqlar.
Şahmatçılar turnirdə rapid və blits üzrə yarışacaqlar. Turnirin rapid üzrə reytinq favoriti Fabiano Karuana, blits üzrə favorit isə Vişvanatan Ananddır.
Yarış ilk dəfə Bakıda “Fairmont” hotelində keçiriləcək. 2014-cü ildən Şəmkirdə keçirilən turnirdə 4 dəfə Maqnus Karlsen, 2 dəfə isə Şəhriyar Məmmədyarov qalib olub.