top
Vəli Qasımov: “Qarabağ”a gücünə görə azarkeşlik edirlər, amma ürəklərdə “Neftçi”dir” - MÜSAHİBƏ
18 mart 2025, 02:12
- ↺ +

Vəli Qasımov: “Qarabağ”a gücünə görə azarkeşlik edirlər, amma ürəklərdə “Neftçi”dir” - MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Neftçi” klubunun sabiq futbolçusu Vəli Qasımovun İdman.biz-ə müsahibəsi:

- Bu gün “Flaqman”ın yarandığı gündür. 88 yaşını tamamlayan “Neftçi” sizin üçün nə deməkdir?

- “Neftçi” bizim ürəyimizdir. O vaxt futbolçuların çoxu bu komandada oynamaq istəyirdi. Mənim bəxtim gətirdi ki, bu xoşbəxtlik mənə nəsib oldu. Ən gözəl vaxtlarım “Neftçi”də keçib. Təəssüf ki, biz komanda olaraq böyük nəticələrə imza ata bilmədik. Keçmiş SSRİ dövründə rəqabət çox güclü idi, “Spartak”, “Dinamo” kimi əjdaha komandalar vardı. Buna baxmayaraq, 1986-ci ildə birinci dövrədən sonra komanda üçüncü yerdə gedirdi, yekunda doqquzuncu olduq.

- Həmin dövrdə məşhurluğu necə yaşayırdınız?

- Bizi çox adam tanıyırdı. Küçədə yaxınlaşıb şəkil çəkdirirdilər, avtoqrof istəyirdilər. Camaat rayonlardan “Neftçi”nin oyununu dəstəkləməyə gəlirdi. Stadionda yer də tapa bilmirdilər, pilləkənlərə qədər dolu olurdu. O vaxt futbolçuların səviyyəsi yüksək olduğu üçün insanlar futbola böyük maraq göstərirdi. Bu gün çox şey dəyişib, futbolumuzda xaricilərin sayı artıb. Çox güman bu amillərin də təsiri var. Yadımdadır, komandaya təzə gəldiyim vaxtlarda təkcə məşqlərə baxmağa dörd-beş min adam gəlirdi. Bu gün heç o qədər adam oyunlara gəlmir. “Neftçi” uduzanda küçəyə çıxmağa utanırdım. O vaxt futbola münasibət də tamam başqa cür idi.

- “Neftçi”də keçirdiyiniz ən yaddaqalan oyun hansı olub?

- Bakıda SSRİ yığma komandası ilə keçirdiyimiz görüşü qeyd edə bilərəm. O vaxt İttifaqın ən güclü futbolçuları gəlmişdi. Oyun 1:1 bitdi. Heç kim bu komanda ilə heç-heçə edəcəyimizi gözləmirdi. Həmin oyundan sonra bizi xeyli təriflədilər (gülür).

- Komanda yoldaşların arasında ən yaxın dostunuz kim olub?

- Bu günə kimi bir çoxu ilə dostluq münasibəti davam edir. Həm komanda yoldaşlarımla, həm də məşqçilərlə aram həmişə çox yaxşı olub. Xüsusi olaraq kiminsə adını çəkmək düzgün olmaz. Mən ümumiyyətlə, problemli adam deyiləm.

- “Neftçi”nin Azərbaycan futbolundakı yerini necə təsvir edərdiniz?

- “Neftçi” bu günə kimi Azərbaycanın “Flaqman”ıdır. O vaxt Azərbaycanın ən güclü komandası olmuşuq. Çox istərdik ki, həmin “Neftçi”ni indi də görək.

- Sizcə, niyə görə bilmirik?

- Səbəblər çoxdur. Ancaq bu haqda danışmaq bir qədər çətindir, çünki hazırda orada işləmirəm. Çox güman, klubun daxilində müəyyən problemlər var. “Neftçi” hələ tam düzəlməyib, ancaq inanıram ki, komanda öz adını yenidən qaldıracaq. Bu gün “Qarabağ” gözəl oyun nümayiş etdirdiyi və güclü olduğu üçün hamı onlara azarkeşlik edir. Amma həmişə ürəyimizdə “Neftçi” olub. “Neftçi” “Neftçi”dir də.

Son xəbərlər

İdman
Bu gün, 16:43

Qadınların 95,3%-i, kişilərin 84%-i idmanla məşğul olmur: Azərbaycanda aparılan araşdırma nəyi göstərdi? - TƏHLİL

Cəmiyyət
Bu gün, 15:00

Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarılıb

Cəmiyyət
Bu gün, 14:54

Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb

Cəmiyyət
Bu gün, 14:35

Zaqatalada iş adamı milyonluq dələduzluqla bağlı həbs edilib

Cəmiyyət
Bu gün, 13:51

Məmurlar bu hallarda vəzifədən getməli olacaqlar

Cəmiyyət
Bu gün, 13:46

Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirov vəzifəsindən gedir?

Cəmiyyət
Bu gün, 12:46

Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Siyasət
Bu gün, 12:23

"Fənərbaxça"nın prezidenti qəza törətdi: Zədələnən avtomobil satışa çıxarıldı – VİDEO

Cəmiyyət
Bu gün, 11:22

Tək təkər üzərində basketbol və xokkey: Birtəkərli velosipedlərdə keçirilən unikal yarışlar - VİDEO

Cəmiyyət
Bu gün, 11:09

Prezident İlham Əliyev Çex Respublikasının Prezidenti Petr Pavelə təbrik məktubu ünvanlayıb

Siyasət
Bu gün, 10:43

İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb

Cəmiyyət
Bu gün, 10:38

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib

Cəmiyyət
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 28 oktyabr

Cəmiyyət
Dünən, 17:14

Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

Cəmiyyət
Dünən, 16:07

Sürücünün telefondan istifadəsi, eləcə də reklam şərtlərinin pozulması foto və videokameralar vasitəsilə də qeydə alınacaq

Cəmiyyət
Dünən, 15:53

Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı

Cəmiyyət
Dünən, 15:45

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar

Cəmiyyət
Dünən, 15:18

Korrupsiya barədə məlumat verənlərə qarşı sanksiya tətbiq edənlərə cərimələr müəyyənləşir

Kriminal
Dünən, 15:08

Tanınmış modeli döyməkdə təqsirləndirilən iş adamına hökm oxunub

Cəmiyyət
Dünən, 14:42

Penitensiar xidmətin yeni rəisi Sahib Rzayev kimdir? – DOSYE

Siyasət
Dünən, 14:27

Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

Cəmiyyət
Dünən, 13:11

Mirsaleh Seyidov Penitensiar Xidmətinin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib

Kriminal
Dünən, 12:33

Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...

Oxşar xəbərlər