Valideynləri Ukraynanın Xarkov şəhərində həlak olan 3 yetkinlik yaşına çatmayan azərbaycanlı uşaq mayın 4-də Azərbaycana təxliyə edilib. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Xarkovda həlak olmuş Azərbaycan vətəndaşı Emin Mahmudov və onun həyat yoldaşı Ukrayna vətəndaşı Lyudmila Mahmudovanın 3 övladı - 15 yaşlı R.Mahmudova, 12 yaşlı D.Mahmudov və 5 yaşlı D.Mahmudova Azərbaycana gətirilib.
Azərbaycan vətəndaşı olan uşaqlar valideynləri həlak olduqdan sonra tanışları tərəfindən Rusiyaya keçirilib. Daha sonra uşaqların qayıdış şəhadətnamələri rəsmiləşdirilib və Azərbaycana gətirilmələri üçün addımlar atılıb.
“Uşaqlara lazımi hüquqi, tibbi, sosial və psixoloji yardım göstəriləcək və qəyyum ailəyə verildikdən sonra sosial-reabilitasiya işi davam etdiriləcək”