Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Məlumatı dekabrın 25-də APA yayıb.
Məlumata əsasən, rayonun girişində baş verən qəzada 6 maşın toqquşub.
Qəza nəticəsində bir nəfər Bakı şəhər sakini hadisə yerində ölüb. 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Foto: APA
[URIS id=19390]