Xaçmaz və Sabirabadda ev yanıb. Bu barədə aprelin 21-də FHN məlumat yayıb.
Xaçmaz rayonunun Xudat şəhərində ümumi sahəsi 54 m² olan birmərtəbəli, 1 otaqlı evin yanar konstruksiyaları 40 kvadratmetrlik sahədə yanıb. Yanğın söndürülüb.
Sabirabad rayonunun Qaratəpə kəndində ümumi sahəsi 110 kvadratmetr olan evin 1 otağının və mətbəxinin qamışdan ibarət tavanı və qismən ev əşyaları yanıb. Yanğın söndürülüb.