top
“Xala tutmağın” güdazına gedənlər…
11 mart 2025, 10:36
- ↺ +

“Xala tutmağın” güdazına gedənlər…

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün yerli media orqanları və sosial şəbəkələr Binəqədi ərazisində baş verən insidentlə çalxalandı. Məlum olub ki, 4 nəfər şəxs bir nəfərə hücum edərək, həm avtomobilini, həm də özünü əzişdiriblər. Sonradan polis hərəkətə keçərək, bir nəfəri təkləyib döyən şəxsləri saxlayıb və barələrində həbs qətimkan tədbiri seçilib. Xəbər və videoçarx ildırım sürəti ilə sosial şəbəkələrdə yayıldı və ardınca qızğın müzakirələr, mübahisələr gətirdi. Hər zaman olduğu kimi, bu dəfə də sosial şəbəkə istifadəçiləri əsasən iki hissəyə bölündülər. Adəti üzrə, dəyənəklə günün günorta çağı insanların gözü qarşısında avtomobilə hücum edən və sürücünü döyənlərə haqq verənlər də tapıldı, onları qınayan da. Amma etiraf etmək lazımdır ki, birincilərin sayı ikincilərdən daha çox oldu. İşin maraqlı tərəfi və müzakirələrin şiddət alması əsl səbəb üzə çıxandan sonra başladı. Necə deyərlər, status və rəylərdə əsl həngamə qopdu. Artıq rəylərdə bir-birini təhqir edən, söyən, beysbol dəyənəyi ilə onun fikrinə qarşı çıxanları görüşə çağıranlar…

Əsl səbəbə gəldikdə, məlum olub ki, döyülən şəxs “TikTok” sosial şəbəkəsində bir qadın istifadəçiyə mesaj yazıb. O da bunu ərinə deyib. Əri də dostlarını və yaxınlarını, tanışlarını yığaraq məsələyə dəyənəklə aydınlıq gətirib. Nəticə isə göz qarşısında: döyülən bir şəxs (vəhşicəsinə döyülən, çünki kadrlardan da baş-gözünün qan içində olduğu görünür), dəyənəklə xurd-xəşil edilən avtomobil və həbs edilən 4 nəfər.

İndi məsələlərə bir az fərqli prizmadan yanaşaq. Artıq sosial şəbəkələrin insanların həyatında problemə, faciəyə çevrildiyi nə ilk halla rastlaşırıq, nə də bunun son olacağını bilirik. Bəyəm sosial şəbəkədə yazılan mesaja görə dağılan ailələr, bıçaqlanan gənclər, döyülən qadınlar, öldürülən qızlar az olub? Səbəb? Sadədir, biz hələ də sosial şəbəkələrə sırf tanışlıq məqsədi ilə daxil oluruq (söhbət böyük əksəriyyətdən gedir). Nə vaxta qədər ki, sosial şəbəkədən sırf tanışlıq, “qız tutmaq”, “xala tutmaq” məqsədi ilə istifadə ediləcək, boşanmalar da olacaq, döyülmələr də, qətllər də. Öncə biz beyinlərdə inqilab etməliyik. Sosial şəbəkədən məlumat öyrənmək, yeniliklərdən xəbərdar olmaq üçün istifadə etməliyik. Hansısa qəşəng qızın və ya xanımın fotosunun, videosunun altına küçə iti sürüsü kimi yayılaraq Azərbaycan dilinin qrammatik qaydalarını və əlifbasının anasını ağladaraq, “çox gözəlsiniz”, “salam xanım”, “Allah sizi qorusun”, “Çox qəmli baxışlarınız var, səbəbini özəldə deyə bilərsiniz” tipli rəylər yazmaq düşüklük, iyrənclik, bəsitlik və cahillikdir. Tanımadığı qadına, qıza ağına-bozuna baxmadan rəy yazmağın nəticəsini bu gün Binəqədidə gördük. Mən əsla o 4 nəfər əli dəyənəkliyə haqq qazandırmıram. Əgər ortada bir sataşma varsa, onu həll etməyin min bir üsulu var. O dörd nəfərin müraciət etdiyi üsul isə ən primitiv və ən mənasız üsuldur.

İndi nəticə nə olacaq? Video kadrlardan da rahat görünür, ortada bir cinayət əməli var və hüquqi dövlətin vətəndaşı olduğumuz üçün bilirik ki, bu əməl və əməllər cəzalandırılacaq. Bir mesajın güdazına gedən 4 nəfərin neçə il həbs cəzası alacağı məlum deyil. Lap tutaq ki, 1 il, iki il. Onlardan neçəsi evlidir, neçəsinin övladı var, neçəsinin valideyni yaşlı və ya xəstədir bilmirəm. Amma bir anlıq düşünək, bir il, iki il övladından uzaq qalırsan, onun böyüməyində, yetişməsində, formalaşmasında iştirak edə bilmirsən. Bununla da ona sağalmaz travma yaşadırsan. Yaşlı atan, anan, doğmaların yolunu gözləyəcək, ömürlərindən ömür gedəcək. Yadımdadır, “Rezonans” proqramının çəkilişləri üçün həbsxanalarda məhkumlarla söhbət edəndə bir ağızdan dedikləri bir söz vardı, 10 saniyə səbir etmək, düşünmək. 10 saniyə düşünüb, səbir etmədinsə, nəticəsi dörd divar, zindandır. Bəs bu dörd nəfərin belə bir aqibətlə üzləşməsi bir “TikTok” mesajına dəyərdimi? Məncə, düşünək. Çünki insan həyata bir dəfə gəlir. O qısa ömrün bir neçə ilini düşünülməmiş addım sayəsində dəmir barmaqlıq arxasında keçirməyə dəyərmi?

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 33-cü günü: Qətiyyətli zəfərə gedən yol

İdman
Dünən, 16:43

Qadınların 95,3%-i, kişilərin 84%-i idmanla məşğul olmur: Azərbaycanda aparılan araşdırma nəyi göstərdi? - TƏHLİL

Cəmiyyət
Dünən, 15:00

Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarılıb

Cəmiyyət
Dünən, 14:54

Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb

Cəmiyyət
Dünən, 14:35

Zaqatalada iş adamı milyonluq dələduzluqla bağlı həbs edilib

Cəmiyyət
Dünən, 13:51

Məmurlar bu hallarda vəzifədən getməli olacaqlar

Cəmiyyət
Dünən, 13:46

Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirov vəzifəsindən gedir?

Cəmiyyət
Dünən, 12:46

Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Siyasət
Dünən, 12:23

"Fənərbaxça"nın prezidenti qəza törətdi: Zədələnən avtomobil satışa çıxarıldı – VİDEO

Cəmiyyət
Dünən, 11:22

Tək təkər üzərində basketbol və xokkey: Birtəkərli velosipedlərdə keçirilən unikal yarışlar - VİDEO

Cəmiyyət
Dünən, 11:09

Prezident İlham Əliyev Çex Respublikasının Prezidenti Petr Pavelə təbrik məktubu ünvanlayıb

Siyasət
Dünən, 10:43

İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb

Cəmiyyət
Dünən, 10:38

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib

Cəmiyyət
Dünən, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 28 oktyabr

Cəmiyyət
27 oktyabr 2026, 17:14

Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

Cəmiyyət
27 oktyabr 2026, 16:07

Sürücünün telefondan istifadəsi, eləcə də reklam şərtlərinin pozulması foto və videokameralar vasitəsilə də qeydə alınacaq

Cəmiyyət
27 oktyabr 2026, 15:53

Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı

Cəmiyyət
27 oktyabr 2026, 15:45

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar

Cəmiyyət
27 oktyabr 2026, 15:18

Korrupsiya barədə məlumat verənlərə qarşı sanksiya tətbiq edənlərə cərimələr müəyyənləşir

Kriminal
27 oktyabr 2026, 15:08

Tanınmış modeli döyməkdə təqsirləndirilən iş adamına hökm oxunub

Cəmiyyət
27 oktyabr 2026, 14:42

Penitensiar xidmətin yeni rəisi Sahib Rzayev kimdir? – DOSYE

Siyasət
27 oktyabr 2026, 14:27

Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

Cəmiyyət
27 oktyabr 2026, 13:11

Mirsaleh Seyidov Penitensiar Xidmətinin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib

Oxşar xəbərlər