Xankəndidə yanacaqdoldurma stansiyasında partlayış baş verib. Bu barədə İnsanoid bu gün, 26 sentyabr tarixində APA-ya istinadən xəbər verir.
Hadisə şahidlərinin sözlərinə görə, stansiyada çox sayda sürücü olub. Çoxlu sayda yaralanan və ölən olduğu bildirilir.
Azərbaycanın mərkəzi hakimiyyəti tərəfindən partlayış zamanı yaralanan şəxslərə yardım məqsədilə tibbi ləvazimat göndərilib.
FHN-in təcili yardım avtomobili Ağdam-Xankəndi yolu ilə hadisə yerinə gedib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından bildirilib ki, yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq, 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.
[gallery link="file" columns="2" size="full" ids="132540,132541"]