Şuşada keçiriləcək "Xarıbülbül” Beynəlxalq Folklor Festivalının keçirilməsi 12-14 may tarixində nəzərdə tutulur. Bu haqda mayın 4-də Mədəniyyət Nazirliyindən Report-a bildirilib.
Tədbir Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə baş tutacaq.
İyul ayında Şuşada növbəti Vaqif Poeziya Günlərinin, iyul-avqust aylarında “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsinin və qaliblərin qala-konsertinin keçirilməsi planlaşdırılır.
Həmçinin il ərzində “Şuşa – 2022” beynəlxalq incəsənət, “Şuşanın 4 fəsli” adlı beynəlxalq fotoqrafiya festivallarının da keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, ilk dəfə "Xarıbülbül" festivalı 2021-ci il mayın 12-i və 13-də keçirilib.