“Xaş-xaş-2021” əməliyyatı nəticəsində Gədəbəydə Başkənt kəndində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib. Bu barədə DİN avqustun 7-də məlumat verib.
Ümumi çəkisi 2 296 kiloqram olan, 5 794 ədəd çətənə kolu yandırılaraq məhv edilib.
Bundan əvvəl, 3 avqust tarixində Beyləqanın Mil qəsəbəsində yabanı halda bitən ümümi çəkisi 857 kiloqram olan 743 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.