Xəzər dənizinin Bakı şəhəri akvatoriyasında, Kür çayı, Mingəçevir su anbarı və Baş Mil-Muğan kollektorunda balıq ovlayan şəxslər saxlanılıb. Bu barədə aprelin 21-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat verib.
Brakonyerlərdən istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Qanun pozucuları barəsində protokol tərtib edilib.
Ayrı-ayrı inzibati rayonlarda su hövzələrindən ümumilikdə 1 222 metr sintetik tor çıxarılıb.