top
XİN: ermənilər qondarma “seçkilər” keçirməklə vəziyyəti gərginləşdirmək yolunu tutublar
09 sentyabr 2023, 04:19
- +

XİN: ermənilər qondarma “seçkilər” keçirməklə vəziyyəti gərginləşdirmək yolunu tutublar

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin “seçkilər” adlandırdığı qanunsuz fəaliyyətlə bağlı bəyanat yayıb. Bu barədə 9 sentyabr tarixində Nazirlik xəbər verib.

Bəyanatda deyilir:

"Azərbaycan Respublikasının Qarabağ bölgəsində Ermənistanın işğalı nəticəsində yaradılmış qondarma rejimin “prezident seçkiləri” adı altında apardığı qanunsuz fəaliyyət Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır.

Azərbaycan Respublikası ərazisində siyasi iradənin seçki vasitəsilə ifadəsinin legitim əsasını yalnız Azərbaycan Respublikasının Konstitusiyası və qanunları təşkil edir.

Azərbaycanın suveren ərazilərində yaradılmış və Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində mövcudluğunu davam etdirməyə çalışan bu rejim tərəfindən atılan addımların heç bir qanuni qüvvəsi yoxdur.

Qeyd edilən addım Ermənistanın son dövrdə xüsusilə kəskinləşən təxribatçı və təhrikedici fəaliyyətinin daha bir elementi olmaqla, bölgədə normallaşma və etnik erməni sakinlərin Azərbaycan Respublikasının konstitusion çərçivəsinə reinteqrasiya edilməsi səylərinə ciddi zərbədir.

Qondarma “seçkilər”in keçirilməsi bir daha aydın şəkildə göstərir ki, status-kvonun saxlanılması, işğalçı siyasətinin davam etməsi üçün addımlar atan Ermənistan və onun yaratdığı qondarma rejim sülh prosesində həqiqətən maraqlı deyil və bunun əksinə, təxribat və vəziyyəti gərginləşdirmək yolunu tutub.

Azərbaycan Respublikası beynəlxalq cəmiyyətin bütün üzvlərini beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə uyğun olaraq, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn addımlara düzgün siyasi qiymət verməyə, Ermənistanı bölgədə kövrək normallaşma səylərini təhlükə altına alan addımlardan çəkindirmək üçün təsirli tədbirlər görməyə, “seçki” adlandırılan qanunsuz fəaliyyətləri qətiyyətlə pisləməyə çağırır".

Son xəbərlər

Bütün Xəbərlər
Dünən, 18:08

II-III ixtisas qrupları üzrə qəbul şərtləri və plan yerləri açıqlanıb

Bütün Xəbərlər
Dünən, 18:02

I ixtisas qrupu üzrə 16 265 dövlət sifarişli plan yeri ayrılıb

Bütün Xəbərlər
Dünən, 17:29

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Bütün Xəbərlər
Dünən, 15:17

Moldova Moskvadakı səfirini geri çağırır

Bütün Xəbərlər
Dünən, 15:17

İnternet informasiya ehtiyatlarının sahibləri üçün kibertəhlükəsizlikdə yeni öhdəliklər müəyyənləşib

Bütün Xəbərlər
Dünən, 15:16

Azərbaycanın Belçikadakı səfiri geri çağırılıb

Bütün Xəbərlər
Dünən, 15:15

Azərbaycanın Niderlanddakı səfiri geri çağırılaraq Belçikaya təyin olunub

Bütün Xəbərlər
Dünən, 15:14

Azərbaycanın İsveçrədəki səfiri geri çağırılıb

Bütün Xəbərlər
Dünən, 14:55

AZAL artan mövsümi tələbatla bağlı sərnişinlərə müraciət edib

Bütün Xəbərlər
Dünən, 14:52

Tibb Universitetində bu ixtisas üzrə təhsilhaqqı 1500 manat azaldıldı

Bütün Xəbərlər
Dünən, 14:51

Azərbaycanın Polşadakı səfiri dəyişib

Bütün Xəbərlər
Dünən, 11:47

Səhiyyə Nazirliyi lisenziyasız fəaliyyət göstərən kosmetoloqla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib

Bütün Xəbərlər
Dünən, 11:38

Litvanın Baş naziri İlham Əliyevə zəng edib

Bütün Xəbərlər
08 avqust 2026, 15:08

Hikmət Hacıyev: "İlham Əliyev müharibəni, həm də sülhü qazanıb"

Bütün Xəbərlər
08 avqust 2026, 13:36

12 yaşlıdan 79 yaşlıya: Mingəçevirdə Kür çayında üzgüçülük yarışı başladı

Bütün Xəbərlər
08 avqust 2026, 12:37

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Bütün Xəbərlər
08 avqust 2026, 12:31

Gəncədə dalaşanları ayırarkən öldürülən şəxs tanınmış vəkilin qardaşı imiş

Bütün Xəbərlər
07 avqust 2026, 16:21

Ülviyyənin ölümünə görə həkimə bu cəza verildi

Bütün Xəbərlər
07 avqust 2026, 16:18

Daha bir qadın estetik əməliyyatdan sonra öldü

Bütün Xəbərlər
07 avqust 2026, 15:25

Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub

Bütün Xəbərlər
07 avqust 2026, 14:38

Azərbaycanın Pakistandakı səfiri dəyişib

Bütün Xəbərlər
07 avqust 2026, 14:34

Azərbaycanın Estoniyadakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Bütün Xəbərlər
06 avqust 2026, 17:35

Bəzi məhsulların sənədi olmadan ölkəyə gətirilməsi QADAĞAN EDİLİR

Bütün Xəbərlər
06 avqust 2026, 17:15

"Qaçqınkom" vahid aylıq müavinətin kimlərə şamil olunmadığını AÇIQLAYIB

Oxşar xəbərlər