Özbəkistan Azərbaycanın Qarabağ bölgəsində qondarma rejimin keçirdiyi “prezident seçkilərini” tanımadığını bildirib.
Bu barədə 11 sentyabr tarixində Özbəkistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Özbəkistan dost Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, onun daxili işlərinə hər hansı müdaxiləni pisləyir və 2023-cü il sentyabrın 9-da Qarabağda keçirilmiş “prezident seçkiləri”ni tanımır”, - paylaşımda qeyd edilib.