Quba rayonunun Xınalıq kəndində 20 evin təmir-bərpası həyata keçirilir. Bu barədə Report 26 sentyabr tarixində xəbər verib.
Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin tikinti sektorunun müdiri Elşən Ağalarov bildirib:
"Hava şəraiti imkan versə, bu evlərin hamısının təmir-bərpası sona çatdırılacaq. Əks-təqdirdə 17 ev təhvil veriləcək. Ümumilikdə Xınalıqda 4 il müddətində - 2021-2024-cü illərdə 60 evin təmir-bərpası layihələndirilib. 2021-ci ildə 16, 2022-ci ildə 11 ev sakinlərinə təhvil verilib. 2024-cü ildə isə qalan evləri təmir-bərpa etməyi planlaşdırırıq".
E.Ağalarov vurğulayıb ki, Xınalıq tarixi yer olduğu üçün evlər kəndin özünəməxsus memarlıq üslubuna uyğun bərpa edilir.
[caption id="attachment_132683" align="alignnone" width="696"]
Foto Report.az saytı[/caption]