Xırdalan şəhərində 13 yaşlı qız cinsi zorakılığa məruz qalıb. Bu haqda 5 may tarixində Lent.az məlumat yayıb.
İnsident “Kristal Abşeron-2” yaşayış kompleksində qeydə alınıb. Kompleksin sakini olan qadın polisə qızının 16 yaşlı oğlan tərəfindən təcavüz edildiyini bildirib.
Daxil olan şikayət əsasında araşdırmalara başlanılıb. Qeyd edilib ki, hər iki şəxs məktəblidir.