Abşeron rayonunda 22 yaşlı gənc qızı avtomobil vurub. Bu haqda Report aprelin 14-də məlumat yayıb.
Hadisə Xırdalan şəhərində qeydə alınıb. 2000-ci il təvəllüdlü Abbasova Nigar yolu keçərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona sağ mil sümüyünün sınığı diaqnozu qoyulub. Fakt araşdırılır.