Abşeron rayonunda sərnişin taksidə ölüb. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 27 sentyabr tarixində xəbər verir.
Atəş Babayevin idarə etdiyi "Kia Rio" markalı avtomobil Xırdalan şəhəri ərazisində hərəkətdə olarkən 50 yaşlı sərnişin Araz Əsgərov ölüb.
Hadisə ilə bağlı meyitə baxış keçirilib.
Sürücünün bildirdiyinə görə, Araz Əsgərov yolda olan zaman kəskin ürək ağrıları olduğunu deyəndən bir müddət sonra ölüb.
Araşdırma aparılır.