"Xocəsən" metro stansiyasında tikinti-quraşdırma işləri tamamlanır. Bu haqda dekabrın 1-də “Bakı Metropoliteni” xəbər verib. Bu, metropolitenin sayca 27-ci və 2-ci yerüstü stansiyası olacaq.
“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, gələcəkdə xətdə 7 vaqonluq qatarlar hərəkət edəcək.
Hazırda eskalatorların quraşdırılması başa çatdırılıb, qarşıdakı müddətdə onların sazlanması, sınaq və tənzimlənmə işləri yerinə yetiriləcək.
“Stansiyanın tikintisi şəhərin şimal girişi istiqaməti və 20 Yanvar meydanındakı nəqliyyat sıxlığına da nisbətən təsir göstərə bilər”, - qurumdan bildirilib.