Xocavənd rayonunda Azərbaycan Ordusunun hərbçisi erməni əsilli şəxs tərəfindən hücuma məruz qalıb. Təxribatçı zərərsizləşdirilib. Bu haqda dekabrın 3-də Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisə bugün saat 13:00 radələrində baş verib. Təxribatçı mövqelərimizin birində döyüş növbətçiliyi aparan şəxsdən silahı ələ keçirməyə cəhd göstərib. Hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edəni zərərsizləşdirib.
Hadisə barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi məlumatlandırılıb.
Faktla bağlı araşdırma aparılır.